Qırmızı.az
Millət vəkili narahatdır: "Qanun layihəsi hazırlanmalıdır"
"Mən də Azərbaycanda yas mərasimlərində israfçılığa qarşıyam, illərdir bu haqda yazır və fikrimi bildirirəm. Yaslarda israfçılığa qarşı tədbirlər ilk olaraq Naxçıvanda tətbiq edildi və yeni qayda insanların rəğbətini qazandı. İndi Naxçıvanda yaslarda ancaq çay və qənd verilir, ən doğrusu da elə budur. Çünki yaxınını itirən şəxs belə ağır günündə mərasimə gələcək yüzlərlə insanın yeməyini, içməyini necə təmin edəcəyi və buna xərcləməli olacaq maliyyəni haradan tapacağı haqda fikirləşir". Publika.az-ın məlumatına görə, bu fikirləri Adil Əliyev facebook səhifəsində paylaşıb.
O bildirib ki, yaslarımız israfçılıq məkanına çevrilib ki, bu, dinimizə də ziddir.
“Bu baxımdan dövlətimizin, o cümlədən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının bu sahədə qayqa-qanun yaratmaq səylərini dəstəkləyirəm.
Bununla paralel olaraq digər israfçılıq mənbəyinə çevrilən
toylarımıza da əncam çəkməyin vaxtıdır. Təəssüf ki, yaslarımız kimi
toylarımız da bəhsə-bəhs yarışına çevrilib. Toylarda ancaq imkanlı
şəxslər və ailələr bahalı menyular sifariş etsəydilər, bəlkə də,
problem olmazdı. Deyərdik ki, özləri bilər, pulları çoxdur, nə
istəyirlər onu da sifariş edə bilərlər. Halbuki, həddən artıq
dəbdəbə də cəmiyyətdə xoş qarşılanmır. Problem ondadır ki, imkanlı
şəxslərin hesabına israfçılığa öyrəşən və bunun müqabilində böyük
pullar qazanan yas və toy şəbəkəsi kasıb və orta təbəqəni də müflis
edərək israfçılığa sürükləyir. Ona görə də bizə elə qaydalar və
tənzimləmə mexanizmi lazımdır ki, kasıb və orta təbəqə imkanlı
şəxslərin girovuna çevrilməsin. İmkanlı şəxslər isə bu tənzimləmə
mexanizmini əllərində rəhbər tutaraq kasıb və orta təbəqəni öz
varidatları ilə qıcıqlandırmasınlar. Möhtərəm prezidentimiz İlham
Əliyevin də siyasəti ona yönəlib ki, vətəndaşlar arasında
ayrı-seçkilik olmasın, təvazökarlıq ön planda tutulsun.
Şadlıq sarayları istisnasız bütün toy sahiblərinə öz şərtlərini
diqtə edir, nəticədə vətəndaş bahalı menyular sifariş etmək
məcburiyyətində qalır. Adətən razılaşma belə olur ki, toy sahibi
mərasim bitdikdən sonra məslicdə yığılan pulu şadlıq sarayının
rəhbərliyinə çatdırmalıdır. Bəzən elə hallar olur ki, ev sahibi
toyda gərəkən miqdarda pul toplaya bilmir. Şadlıq sarayının
rəhbərliyinin isə tələb etdiyi pulun tamamını toplamayınca bəylə
gəlini girov götürdükləri barədə xəbərlərə də rast gəlirik.
Toylarda masa üzərinə qoyulan yeməklərin həcmi və çeşidi o qədər
çox olur ki, onun 80 faizindən istifadə olunmur və sonra şadlıq
saraylarının həmin istifadəsiz ərzaqdan necə istifadə etdiyi
bilinmir. Toya gedirsən, musiqinin səsindən qulaqların tutulur,
qohum və dostla kəlmə də kəsə bilmirsən. Ona görə də düşünürəm ki,
toylarda da qayda-qanun yaratmağın vaxtı çatıb. Əgər bunu inzibati
yollarla həll etmək mümkün deyilsə, hamı bir-birindən çəkinirsə,
vətəndaş “yaxşı deyil” deyib başqalarıyla yarışmaq məcburiyyətində
qalırsa, demək, məsələni qanun səviyyəsində tənzimləmək lazımdır.
Bu, vətəndaşlarımızı həm israfçılıqdan, həm də borclanmadan
qurtarar. Qanun layihəsində yas və toy mərasimlərinin təşkili
qaydalarının konkret tənzimləmə mexanizmləri göstərilməlidir.
Statusumu möhtərəm Prezident İlham Əliyevin çıxışlarının birində
dediyi fikirlə yekunlaşdırmaq istəyirəm: “İnsanları narahat edən ən
böyük məsələ ədalətsizlikdir, həyatda da, siyasətdə də, hər bir
sahədə də. Ona görə də ədalət, sosial ədalət olmalıdır və bütün
qərarlar ədalətli olmalıdır. Əgər qərar ədalətlidirsə, əgər hətta
kiminsə xoşuna gəlmirsə, ədalətli olduğu üçün bu qərarla
barışırlar”.
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı