Qırmızı.az
Bakıda 13 yaşlı yeniyetmə tutuldu
Bakıda silsilə oğurluqlar etmiş 13 yaşlı yeniyetmə tutulub. Hələlik onun törətdiyi 7 cinayətin üstü açılıb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci və 2-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, 2001-ci il təvəllüdlü Ruslan Qurbanov saxlanılıb.
Müəyyən edilib ki, o, 2013-cü il oktyabrın 30-da Gündüz Bağırova məxsus, Ordubadi küçəsində yerləşən mağazadan, qapını sındırmaq yolu ilə 300 manat, dekabrın 28-də isə Binə qəsəbəsində Tofiq Məmmədovun evindən maqnitafonun səs gücləndiricilərini oğurlayıb. Bu il martın 1-də Binə qəsəbəsi Ə İsazadə küçəsində Hamlet Ağayevə məxsus mağazadan mobil telefonu və içərisində 500 manat olan pul kisəsi, martın 22-də Mərdəkan qəsəbəsində yerləşən mağazada, orada işləyən Aybəniz Qədimovanın içərisində 325 manat, 1 ədəd boyunbağı və 2 ədəd üzük olan pul qabı, aprelin 7-də Binə qəsəbəsi südçülük sovxozunda Xalıd Qafarova məxsus mağazadan, plastik qapını sıxıb açmaqla 280 manat, ərzaq malları və danışıq kartları, aprelin 27-nə keçən gecə, Cəmşid Pənahova məxsus Mərdəkan qəsəbəsi R.Qasımov küçəsində yerləşən mağazadan, qapının kilidini sındırmaq yolu ilə 288 manat və tütün məmulatları, iyunun 24-nə keçən gecə isə Bahadur Abdullayevə məxsus Hüseynov küçəsində yerləşən mağazadan, plastik qapını açma yolu ilə pul, ət mağazasının qarşısından isə bir baş iribuynuzlu heyvan oğurlayıb.
13 yaşlı yeniyetmənin daha hansı cinayətlərdə əlinin olması ilə
bağlı araşdırmalar davam edir.
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?
-
Magazin115:18
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu