Qırmızı.az
Şaxtalı və qarlı hava şəraiti davam edəcək
Sabah Bakı və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Departamentindən verilən məlumata görə, əsasən
yağmursuz hava şəraiti üstünlük təşkil etsə də, gün ərzində bəzi
ərazilərdə qısamüddətli zəif qarın yağması ehtimal olunur.
Günün ikinci yarısında cənub-qərb küləyi əsəcək. Şaxtalı hava
şəraiti davam edəcək.
Havanın temperaturu gecə 6-8 dərəcə şaxta, səhər 3-5 dərəcə şaxta,
gündüz 0-2 dərəcə şaxta, bəzi ərazilərdə 1 dərəcəyədək isti olacaq.
Gecə və səhər yollar buz bağlayacaq.
Azərbaycanın rayonlarında fevralın 4-də hava şəraiti əsasən
yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq. Lakin
Lənkəran-Astara zonasında qar yağacağı ehtimalı var. Şərq küləyi
əsəcək.
Havanın temperaturunun Mərkəzi Aran rayonlarında gecə 6-11 dərəcə
şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, dağlarda gecə
15-20 dərəcə şaxta, gündüz 4-9 dərəcə şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.
Tibbi meteoroloji proqnoza görə, fevralın 6-dək Abşeron
yarımadasında soyuq və diskomfort şərait meteohəssas insanlar üçün
əlverişsiz olsa da, havanın oksigenlə zəngin olması müsbət
amildir.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO