Korrupsiya "milyonlarla adamı öldürür"
Bizi izləyin

Qırmızı.az

Korrupsiya "milyonlarla adamı öldürür"

"Kasıb ölkələrdən hər il təxminən 1 trilyon dollar çıxarılır və korrupsiyaya görə milyonlarla adam həlak olur".

Yoxsulluğa qarşı fəaliyyət göstərən One ("Bir") təşkilatı bildirir ki, kəskin yoxsulluqla mübarizədə son 20 il ərzində əldə olunan irəliləyişin böyük hissəsi korrupsiya və cinayətə görə risk altındadır.

Korrupsiyaya uğramış fəaliyyətə saxta şirkətlərdən istifadə olunması və çirkli pulların yuyulması daxildir.

Hesabata görə, korrupsiya ildə 3,6 milyon adamın ölümünə səbəbdir.

Korrupsiyanın inkişafına imkan yaradan məxfiliyin qabağını almaq üçün addımlar atılsa və bərpa edilən pullar səhiyyəyə xərclənsə, təşkilata əsasən, kasıb ölkələrdə bir çox ölümün qarşısı alına bilər.

One öz tapıntılarını "trilyon dollarlıq qalmaqal" kimi təsvir edir. "Korrupsiya özəl investisiyanı məhdudlaşdırır, iqtisadi inkişafı azaldır, bizneslə məşğul olmağın qiymətini artırıq və siyasi sabitsizliyə gətirib çıxara bilər", hesabatda deyilir.

"Amma inkişaf etməkdə olan ölkələrdə korrupsiya öldürür. Hökumətlər səhiyyəyə, qida təhlükəsizliyinə və ya zəruri infrastruktura pul qoymaq üçün öz rezurslarından məhrum ediləndə, bu, ölümlərlə nəticələnir və ən çox uşaqlara təsir edir".

"One" şirkəti noyabrda Avstraliyada görüşəcək G-20 (İyirmilər qrupu) liderlərini problemi həll etmək üçün bir sıra addımlar atmağa, o cümlədən şirkətlərin sahibkarları barədə məlumatları aşkarlamağa çağırır.

BBC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm