Qırmızı.az
Məhkumun cibindən həblər tapılıb
Bakı İstintaq təcridxanasında dərman həbləri aşkar edilərək götürülüb.
Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, Bakı İstintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Kamran Barat oğlu Məmmədovun üzərinə baxış keçirilib.
Baxış zamanı əynində olan gödəkçənin cibindən şəffaf sellofan bükülüdə 16 ədəd yaşıl rəngli "Tramadol" həbləri aşkar edilərək götürülüb.
Bundan başqa, Ədliyyə Nazirliyi Penitensiar Xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 2 saylı istintaq təcridxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Nizami Qədimalı oğlu İbrahimovun üzərinə baxış keçirilərkən, əynində olan şalvarının cibindən daxilində "Cin" danışıq kartı olan bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında saxlanılan, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1; 67.1; 68.1.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş Firdovsi Elşad oğlu Mustafayevin saxlandığı kameraya baxış keçirilərkən, kameradakı istilik borusunun arxasında düzəldilmiş gizli saxlanc yerindən bir ədəd "Nokia" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.
Faktlar üzrə araşdırma aparılır.
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı
-
Nida Xəbər 17:20
Razılıq əldə edildi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır
-
Rəsmi xronika16:58
İlham Əliyev bu qanunu təsdiqlədi
-
Magazin116:03
Məşhurlar televiziyaların paxırını açdılar: “Yatağa girib irəli gedirlər”
-
MDB15:17
İstanbul razılaşması: Moskva Kiyevə hansı zəmanəti veribmiş? - Lavrov sirri açdı
-
Nida Xəbər 15:02
Bu universitetin mətbuat katibi vəzifəsindən ayrıldı - FOTO