Qırmızı.az
Məktəblərin qarşısında piyada zolaqları çəkiləcək
Yeni tədris mövsümünün başlanması ilə əlaqədar Bakıda təhsil müəssisələrinin qarşısında piyada keçidi olmayan yollarda şagirdlərin yolu rahat və təhlükəsiz keçmələri üçün piyada zolaqları çəkiləcək. Eləcə də hava şəraitinin təsiri altında silinmiş zolaqlar yenidən bərpa ediləcək.
Bu barədə Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Vaqif Əsədov bildirib.
Bölmə rəisinin sözlərinə görə, hazırda həmin məktəblərin siyahısı
müəyyənləşdirilir.
Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev Trend-ə bildirib ki, yeni dərs ilinin başlanması ilə bağlı ali və orta məktəblərə yaxın küçə və prospektlərdə piyada zolaqları yenidən rənglənəcək.
P.Mürsəliyev qeyd edib ki, işlər bu gündən etibarən mərhələlərlə
həyata keçiriləcək. (Trend)
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO