Qırmızı.az
Oazis” davasında yeni şok video
Qarşı tərəf də restoran rəhbərliyinə qarşı yeni videofakt ortaya qoydu
“Bizi sözün əsl mənasında təklədilər və tapdaladılar”
“Oazis” restoranında baş vermiş məlum qanlı davanın izləri davam edir. Az qala hər dəqiqə bu istiqamətdə yeni xəbərlər üzə çıxır. Baş vermiş davanın iştirakçılarından olan (ad gününü keçirən qrup üzvlərindən biri) Vasif Şəfiyev restoran rəhbərliyinin insidentlə bağlı mediaya verdiyi açıqlamaları təkzib etməklə yanaşı, ortaya fakt qoyub. Həmin faktda V.Şəfiyev ad gününün detallarını açıqlayıb, habelə dava ilə bağlı restoran rəhbərliyinin yaydığı videonu saniyə-saniyə alt yazılarla şərh edib.
Musavat.com xəbər verir ki, V.Şəfiyev aşağıda seyr edəcəyiniz videonu sosial şəbəkədə paylaşaraq aşağıdakıları yazıb: “Bu da yığdığımız və hələlik üzdə olan video. Məncə burda hamı istədiyi suala cavab tapa bilər. Heç də 10 içkili kişi yox, tam ailə üzvlərimiz var. Bizi sözün əsl mənasında təklədilər və tapdaladılar. Mediadan xahiş edirik ki, paylaşma edəndə hər şeyə diqqət etsinlər.
Bəzi ailə şəkillərini məlum məsələlərə görə paylaşa bilmirik. Amma lazım olan vaxt təqdim edə bilərik. Zaur Əsgərovun (məclis iştirakçılarından biri) sonda yerə yıxılmasına diqqət etmənizi xahiş edirəm. Bu anda yanda olan bacımızı necə itələdiklərinə də fikir verin. Əsl Azərbaycan kişisinə xas olan hərəkət budur? Bəs deyirdik Xocalıda erməni şərəfsiz qadın qıza ilişir, bunlar kimdən törəmədilər?!”
V.Şəfiyev daha sonra yazıb ki, digər kadrda isə Ravid Abdullayev (məclis iştirakçılardan digəri) də yerdə özünü itirmiş halda uzanıb: “Emil Tumasov da həmçinin Ravidin yanında sürünür”.
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!