Deputatların maaşı: hansı ölkədə nə qədərdir? - ARAŞDIRMA
Bizi izləyin

Qırmızı.az

Deputatların maaşı: hansı ölkədə nə qədərdir? - ARAŞDIRMA

Ən çox maaş alan yapon deputatlardır - 17 min dollar

Dünyanın müxtəlif ölkələrində deputatların aldığı əmək haqlarının məbləğini AzVision.az araşdırıb.

Bu yaxınlarda, daha doğrusu, 2013-cü il dekabrından 1-dən başlayaraq Azərbaycanlı deputatlar öz əmək haqlarının artırılması barədə qərar qəbul etdilər.

Yeni qanunla bu vaxta qədər 1365 manat (1740 dollar) alan azərbaycanlı deputatlar 1575 manat (təxminən 2000 dollar) əmək haqqı alacaq. Ötən gün Rusiya Dövlət Duması deputatları da öz azərbaycanlı həmkarlarından geri qalmayaraq aylıq əmək haqlarının artırılması barədə qərar qəbul etdilər. Bu vaxta qədər 254 min rubl (71000 dollar) əmək haqqı alan Duma deputatları 2014-cü il sentyabrın 1-dən başlayaraq 420 min rubl (11800 dollar) aylıq əmək haqqı alacaqlar.

Digər ölkələrə nəzərə saldıqda, ABŞ Konqresinin həm Nümayəndələr palatasının, həm də Senatının üzvü orta hesabla 17 min dollar maaş alır. Komissiya sədri olmayan sıravi amerikalı parlamentarinin aylıq əmək haqqısı 14 min dollar təşkil edir.

Almaniya Bundestaqının üzvləri ayda 8 min, Fransa parlamentinin üzvləri isə 7 min dollar aylıq əmək haqqı alır. Avropada deputata verilən ən yüksək əmək haqqı rekordu İtaliya Respublikasına məxsusdur. Burada deputat ayda qanunla 11,2 min dollar vəsait qazanır.

Dünya miqyasında isə ən yüksək əmək haqları alan parlament üzvləri Yaponiyada yaşayır. Gündoğan ölkədə qanunverici hakimiyyət nümayəndəsinə 16,9 min dollar maaş verilir.

Ümumi Daxili Məhsulun adambaşına düşən həcminə görə Rusiya dünyada 78-ci pillədə qərarlaşıb. İl ərzində hər bir Rusiya vətəndaşına orta hesabla 17,5 min dollar maliyyə vəsaiti düşür. Rusiyadan bir pillə geridə qərarlaşan Malaziyada isə adambaşına illik 16,8 min dollar pul qazanılır. Cənub-Şərqi Asiyanın bu ölkəsində deputatlın aylıq əmək haqqı isə təxminən 9 min dollardır.

Rusiyanı ÜDM-in adambaşına düşən həcminə görə, (ildə 17,6 min dollar)bir pillə qabaqlayan Xorvatiyada isə parlament üzvü cəmi 2,5 min dollar aylıq maaş alır.

Bu gün rusiyalı deputatın aldığı əmək haqqının ölkədəki orta aylıq əmək haqqı ilə olan nisbəti 1:8,5-ə bərabədir. Əmək haqlarının sentyabrın 1-dən artırılması ilə bu fərq 1:14-ə qədər artacaq. Eyni göstərici ABŞ-da 1:3, Almaniyada 1:2, Yaponiyada isə 1:4-ədir. Azərbaycanda isə bu göstərici 1:3-ə nisbətində qərarlaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm