Qırmızı.az
Yola səpilən su üstündə bıçaqlanma
Cəlilabad rayonunda həmkəndlilər arasında mübahisə
bıçaqlanma ilə nəticələnib.
ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, hadisə rayonun
Göytəpə qəsəbəsində meyvə-tərəvəz mağazalarından birinin qarşısında
baş verib. Biləsuvar rayonunda qohumlarının toyundan qayıdan 37
yaşlı Göytəpə qəsəbə sakini Mirqoşqar Mirşamil oğlu Mürsəlov
avtomobili ilə sözügedən dükanın qarşısından keçərkən satıcı Ramal
Bağırovun yola səpdiyi su Mirşqoşqarın avtomobilinin içinə tökülüb.
Avtomobili saxlayan sürücü ilə satıcı arasında mübahisə əlbəyaxa
davaya səbəb olub.
Qarın və baş nahiyəsindən çoxsaylı bıçaq xəsarətləri alan Mirqoşqar
Mürsəlov yaxınları tərəfindən Cəlilabad Mərkəzi Rayon xəstəxanasına
çatdırılıb və əməliyyat olunub. Hazırda onun vəziyyətini həkimlər
orta ağır qiymətləndirir.
Faktla bağlı hələ ki, saxlanılan olmasa da Cəlilabad Rayon Polis
şöbəsində araşdırmalar aparılır.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ