Ağcabədidə "Kamaz" minik maşını ilə toqquşdu
Bizi izləyin

Qırmızı.az

Ağcabədidə "Kamaz" minik maşını ilə toqquşdu

Ağcabədidə yük maşını minik maşını ilə toqquşub.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Ağcabədi şəhərində vətəndaşlara məxsus “Kamaz” markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hadisə zamanı “VAZ” markalı minik avtomobilinin sürücüsü vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm