Dəmir yolunun təmirinə başlandı
Bizi izləyin

Qırmızı.az

Dəmir yolunun təmirinə başlandı

Azərbaycan Respublikasinin Prezidenti İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" sərəncamı sürətlə icra olunur.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Proqramının icrası çərçivəsində Bakı-Böyük Kəsik istiqamətində əsaslı təmir işləri davam edir.

9 sentyabr 2014-cü ildə Poylu-Ağstafa mənzilində 2,6 km yolun əsaslı təmirinə start verildi. Təmir işləri üç gün davam edəcək.

Əsaslı təmir işlərini "Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin müəssisələri həyata keçirir.

"Dəmiryolservis" MMC-nin baş mühəndisi Əfsələfddin Gəncəliyevin verdiyi məlumatda bildirilir ki, səhər saatlarında artiq 500 metr köhnə yol sökülüb.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafina dair Dövlət Proqramı"nın icrası çərçivəsində 10 iyun 2011-ci ildə Tatli-Ağstafa sahəsinin 97-ci kilometrində start verilib, 10 dekabr 2013-cü ildə Ağstafa-Poylu mənzilində 317-cü kilometrin əsasli təmiri başa çatıb. Əsaslı təmir olunmuş 317 kilometr 800 metrlik uzunölçülü relslərlə (pletlərlə) əvəzlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm