Uzun fasilədən sonra elmdə istehsalat bərpa edildi
Bizi izləyin

Qırmızı.az

Uzun fasilədən sonra elmdə istehsalat bərpa edildi

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) elmi-texniki imkanlarını və təcrübə-sınaq işlərini təkmilləşdirərək yeni məhsulların istehsalına nail olub. Publika.az-ın məlumatına görə, AMEA-nın Təcrübə-Sənaye Zavodu (TSZ) solidol sürtkü materialının müntəzəm istehsalını təşkil edib. AMEA-nın prezidenti, akademik Akif Əlizadə zavodda istehsal prosesi ilə tanış olub. Müəssisənin direktoru Rövşən Axundov akademiya rəhbərinə bildirib ki, bu material ilk dəfə olaraq, bitki yağları bazası əsasında alınıb və əsas keyfiyyət göstəricilərinə görə analoqlarını üstələyir. Yeni növ solidol sürtküsü zavodda uzun sürən elmi tədqiqat işlərinin uğurlu nəticəsidir.


Akademik A.Əlizadə sözügedən məhsulu akademiyanın elmi tədqiqat sahəsində aparılmış islahatların ilk töhfəsi kimi qiymətləndirib. Müəssisənin infrastrukturu, iş mühiti və elmi-texniki bazasında yenidənqurma işlərinin gedişatı ilə ətraflı maraqlanan akademik əminliklə qeyd edib ki, bundan sonra AMEA-nın öz brendi ilə müxtəlif çeşidli məhsulların istehsalını təşkil etmək mümkün olacaq.


AMEA-nın İşlər İdarəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Fətəli Abdullayev əlavə edib ki, zavodun həyətyanı sahəsində abadlıq işləri aparılıb, inzibati binası əsaslı təmir olunur. Akademik A.Əlizadə görülən işləri təqdirəlayiq hesab edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm