Tələbə rektoru öldürdü - Dəhşət
Bizi izləyin

Qırmızı.az

Tələbə rektoru öldürdü - Dəhşət

Son vaxtlar Rusiyadakı təhsil müəssisələrinə olunan silahlı hücumların sayı artıb.


İki gün ərzində artıq bu cür 3 hadisə qeydə alınıb. Son olaraq Yakutiya Respublikasında bir doktorantura tələbəsi institut rektorunu öldürüb.


AzNews.az Rus mətbuatına istinadən xəbər verir ki, Yakutiya Daxili İşlər Nazirliyinin mətbuat sözçüsü Stanislav Platonov açıqlamasına görə, Elmlər Akademiyasına aid Almaz geologiyası İnstitutunun rektoru öz iş otağında öldürülüb. Hadisəni ötən il təhsil müəssisəsində vəzifəsindən uzaqlaşdırılan bir tələbənin törətdiyi ehtimal edilir. Rusiyanın paytaxtı Moskvada da bir universitet tələbəsinə silahlı hücum edilib.

Polisin açıqlamasına görə, şəxsiyyəti hələ təyin olunmayan cinayətkar lüks markalı avtomobilə yaxınlaşaraq, 5 dəfə atəş açıb və hadisə yerindən qaçıb. Hücumda Rusiya Xarici İşlər Nazirliyinin nəzdində olan Moskva Uluslar Arası Əlaqələr Universiteti MGİMO-nun 24 yaşlı 5-ci kurs tələbəsi yaralanıb. Tələbənin Qafqaz mənşəlli olduğu iddia edilir.

Dünən də Moskvada 9-cu sinif şagirdi 15 yaşlı Serqey Qordiyev silahla 263 nömrəli məktəbə basqın edərək, 24 şagirdi girov götürmüşdü. Aşağı qiymət verdiyi iddiası ilə coğrafiya müəllimi və bir polisi öldürən , bir polisi də ağır yaralayan şagird daha sonra təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində zərərsizləşdirilmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm