Şaxtalı havada hərbi hissələrdəki vəziyyət necədir?
Bizi izləyin

Qırmızı.az

Şaxtalı havada hərbi hissələrdəki vəziyyət necədir?

Azərbaycanda son günlər qarlı, şaxtalı, covğunlu havaların müşahidə edilməsinə baxmayaraq, Müdafiə Nazirliyinə məxsus, xüsusən də Ermənistanla cəbhə xəttində yerləşən hərbi hissələrin maddi-texniki təminatı və təchizatı baxımından heç bir problem qeydə alınmayıb. Bu barədə Trend-ə açıqlamasında Müdafiə Nazirliyinin mətbuat xidmətindin rəisi polkovnik-leytenant Vaqif Dərgahlı bildirib.

Onun sözlərinə görə, bəzi bölgələrdə, xüsusilə də dağlıq ərazilərdə çoxlu qar yağmasına baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində bütün hərbi hissələr ərzaq və digər lazım olan maddi-texniki vasitələrlə təchiz edilir.

V.Dərgahlı həmçinin qeyd edib ki, havaların qarlı, şaxtalı keçməsinə baxmayaraq, ordunun şəxsi heyətinin mənəvi-psixioloji durumu, ruh yüksəkliyi, vətənpərvərliyi də ən yüksək səviyyədədir: "Silahlı Qüvvələrimizin şəxsi heyəti istənilən hava şəraitində istənilən döyüş tapşırığını yerinə yetirməyə hazırdır, qadirdir və bunun üçün bütün imkanlara malikdir".

Qeyd edək ki, yanvarın 30-dan etibarən respublika ərazisində hökm sürən kəskin hava şəraitinin fevralın 7-dək davam edəcəyi bildirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm