Şeyxülislam Allahşükür Paşazadə İstanbulda Fənər Rum Patriarxı Varfolomey ilə görüşüb
Bizi izləyin

Qırmızı.az

Şeyxülislam Allahşükür Paşazadə İstanbulda Fənər Rum Patriarxı Varfolomey ilə görüşüb

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin keçirəcəyi XVII Avrasiya İqtisadi Zirvəsində iştirak etmək üçün İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Fənər Rum Patriarxı Varfolomey ilə g

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin keçirəcəyi XVII Avrasiya İqtisadi Zirvəsində iştirak etmək üçün İstanbulda səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə Fənər Rum Patriarxı Varfolomey ilə görüşüb.

Fənər Rum Patriarxının iqamətgahında keçirilən görüşdə ölkəmizdə fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri - Bakı və Azərbaycan arxiyepiskopu Aleksandr, Azərbaycandakı dağ yəhudiləri icmasının başçısı Melih Yevdayev və Bakıdakı katolik icmasının ordinarisi Vladimir Fekete iştirak ediblər.

Fənər Rum Patriarxı Varfolomey Bakıya səfəri zamanı keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq demişdir: “Mərhum Heydər Əliyevlə görüşlərimiz mənim üçün unudulmazdır. Bakıda olarkən kameraların önündə mərhum Əliyev mənə “Siz çox şirin adamsınız” demişdi. Bunu həyatım boyu unutmayacağam”.

Fənər Rum Patriarxı Azərbaycanda müxtəlif dini konfessiyalara göstərilən diqqətdən məmnun olduğunu söyləmişdir. O, Prezident İlham Əliyevin də Türkiyənin Baş nazirinin yaxın dostu olduğunu, İstanbula tez-tez səfərlər etdiyini deyib.

Patriarx Varfolomey 30 illik fəaliyyəti dövründə dinlər və mədəniyyətlər arasında dialoqun gücləndirilməsi üçün görülmüş işlərdən bəhs edərək vurğulamışdır ki, müxtəlif dini konfessiyaların təmsilçiləri qloballaşan dünyada mövcud olan problemlər – sülh, sabitlik, ekologiya kimi məsələlərin həllində birgə hərəkət etməlidirlər.

Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Patriarx Varfolomeyə çatdırmış, onun nəcib fəaliyyətinin ölkəmizdə rəğbətlə qarşılandığını deyib. Azərbaycandakı dini tolerantlıq şəraitinin bütün dünyada tanındığını qeyd edən QMİ-nin sədri xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan din-dövlət münasibətlərini Prezident İlham Əliyevin uğurla davam etdirdiyini söyləmişdir. Şeyxülislam demişdir ki, Azərbaycanda pravoslav, katolik kilsələri və sinaqoqların inşası, məscidlərin tikilməsi və bərpası dövlətimizin başçısının diqqət mərkəzindədir.

A.Paşazadə əlavə etmişdir ki, mədəni və mənəvi dəyərlərin qorunmasında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük xidmətləri də mühüm rol oynayır.

Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver ulu öndərimiz Heydər Əliyevin vəfatından sonra İstanbulda keçirilmiş anma mərasimində Patriarx Varfolomeyin unudulmaz çıxışını xatırladıb.

Dağlıq Qarabağ problemi olmaqla regiondakı münaqişələrin həllində din xadimlərinin rolu ilə bağlı sualını cavablandıran Patriarx Varfolomey deyib ki, bölgəmizdə sülhün və sabitliyin bərqərar olması, münaqişələrin nizama salınması üçün müxtəlif toplantılar keçiriləcək. Bunlardan biri mart ayının əvvəlində İstanbulda təşkil olunacaq. Dinlərin heç biri münaqişə və müharibələrin olmasını istəməz. Bu, bəzi bədnam siyasətçilərin oyunudur.

/Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm