Adamlara təsir etmək istəyənlər bu kitabı oxusun
Bizi izləyin

Qırmızı.az

Adamlara təsir etmək istəyənlər bu kitabı oxusun

Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının müdiri, professor Həmid Vəliyevin tərcüməsində Deyl Karneginin «Dost qazanmaq və adamlara təsir göstərmək sənəti» adlı əsəri çapdan çıxıb.

BDU-nun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, natiqlik sənəti və insan münasibətləri sahəsində görkəmli Amerika mütəxəssisi Deyl Karneginin adıçəkilən kitabının ikinci nəşridir.

Azərbaycan oxucusuna təqdim olunan bu əsərində işgüzar dünya adamlarının gündəlik görüşlərindən və şəxsi əlaqələrindən, cəmiyyətin üzvləri ilə rəftarından, incə mətləblərdən, düşməni dosta çevirməyin yollarından bəhs olunur. Kitab geniş oxucu kütləsinə ünvanlanıb.

Qeyd edək ki, ilk nəşr də professor Həmid Vəliyevin tərcüməsində 1993-cü ildə kütləvi tirajla işıq üzü görüb və oxucular arasında böyük rəğbətlə qarşılanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm