Qırmızı.az
Ədliyyə Nazirliyinin tibb xidmətinə ixtisaslar üzrə vakansiyalar açıqlanıb
Ədliyyə Nazirliyinin tibb xidmətinə qulluğa qəbulla
bağlı müsabiqə davam edir.
Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə,
Ədliyyə Nazirliyi tibb xidmətinin kadr korpusunun müsabiqə və
şəffaflıq əsasında yüksək hazırlıqlı və zəruri peşə keyfiyyətlərinə
malik kadrlarla komplektləşdirilməsi üzrə tədbirlər davam
etdirilir.
Vakant ştat vahidləri, əsasən, cəzaçəkmə müəssisələrinin və
istintaq təcridxanalarının tibb xidmətlərində həkim-ftiziatr,
həkim-psixiatr-narkoloq, həkim-terapevt, həkim-cərrah,
həkim-endoskopist, həkim-laborant, həkim-statistik,
feldşer-laborant və tibb qardaşı ixtisasları üzrədir.
Tibb xidmətinə qulluğa qəbulla bağlı açıq müsabiqədə iştirak etmək
istəyən və "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan
Respublikası Qanununun tələblərinə cavab verən, həmçinin bəzi
ixtisaslar üzrə rezidentura təhsili olmayan Azərbaycan
Respublikasının vətəndaşları ərizə və müvafiq sənədlərini təqdim
edə bilərlər.
Eyni zamanda, həkim-terapevt, həkim-ftiziatr,
həkim-psixiatr-narkoloq, həkim-infeksionist, şüa diaqnostikası üzrə
həkim (rentgen və USM) ixtisaslı yuxarıda göstərilən tələblərə
cavab verən şəxslər Şəki penitensiar müəssisəsinin tibb xidmətinə
qulluğa qəbula dəvət olunurlar.
Ərizə və sənədlər bütün iş günləri Ədliyyə Nazirliyinin Tibb baş
idarəsinin inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 2,
"Sahil" metrostansiyasının yaxınlığı) qəbul edilir.
Tibb xidmətinə qulluğa qəbulla bağlı aidiyyəti məsələlərlə, o
cümlədən tələb olunan sənədlərin siyahısı ilə nazirliyin internet
səhifəsində və aşağıdakı telefonlar vasitəsilə əlavə məlumat almaq
olar:
Ədliyyə Nazirliyi üzrə www.justice.gov.az, tel.: 538-01-62
Nazirliyin tibb xidməti üzrə tel.: 493-06-50, 493-30-91
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq
-
Magazin112:31
Rəşad Dağlının oğluna görün nə hədiyyə etdilər - FOTO
-
İdman12:01
Corcina Ronaldodan geri qalmır: Görün nə oyun çıxardı - VİDEO
-
Nida Xəbər 11:31
Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia
-
MDB11:15
Putin bu ölkələrlə birlikdə yeni müharibəyə başlayacaq - Hədəf onlardır
-
Dünya10:44
Bu valideynlər bir uşağa görə 125 min manat alacaqlar