Qırmızı.az
Bakıda cibgir qadın saxlanıldı (VİDEO)
Bakıda cibgirliklə məşğul olan əcnəbi
saxlanılıb.
ANS TV-nin məlumatına görə, Gürcüstan vətəndaşı, hazırda Bakının
Xətai rayonunda yaşayan 26 yaşlı Məmmədova Əfsanə Qədir qızı
cibgirlik əməlinə görə Nizami Rayon Polis İdarəsinin 24-cü polis
bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Əfsanə Məmmədova metronun “Xalqlar Dostluğu” stansiyasının
yaxınlığındakı ticarət mərkəzində vətəndaşların ciblərindən və əl
çantalarından oğurluq edərkən ifşa olunub.
Nizami Rayon Polis İdarəsində aparılan araşadırmalar zamanı məlum
olub ki, saxlanılan Əfsanə paytaxt sakinləri Əhməd Əliyev, Alim
Babayev və Ağabəyim Xəlilovadan gizli yolla planşet və ümumilikdə
342 manat pul götürüb.
Ə.Məmmədova əməlini pula ehtiyacı olduğu üçün törətdiyini
bildirib.
Faktla bağlı Cinayət Məcəlləsinin (oğurluq) maddəsilə cinayət işi
başlanıb, araşdırmalar aparılır.
Saxlanılan şəxsin bu kimi cinayət əməllərindən ziyan çəkən şəxslər
Nizami Rayon Polis İdarəsinə məlumat verə bilərlər.
-
Sosial21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin120:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin119:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO
-
Sosial17:45
Restoranlarda "servis haqqı" fırıldağı: bu halda... - VİDEO
-
Sosial17:27
İsa Qəmbər yenidən başqan seçildi