Keçmiş nazirin cinayət işi Baş Prokurorluğa göndərilib
Bizi izləyin

Qırmızı.az

Keçmiş nazirin cinayət işi Baş Prokurorluğa göndərilib

Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatdıran Milli Təhlükəsizlik Nazirliyi sabiq nazirə qarşı ittiham aktını təsdiqlənməsi üçün Baş Prokurorluğa göndərilib. Vəkil Əfqan Məmmədov “Media forum” saytı

Keçmiş xarici iqtisadi əlaqələr naziri Nicat Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatdıran Milli Təhlükəsizlik Nazirliyi sabiq nazirə qarşı ittiham aktını təsdiqlənməsi üçün Baş Prokurorluğa göndərilib. Vəkil Əfqan Məmmədov “Media forum” saytına bildirib ki, Baş Prokurorluq ittiham aktını təsdiqləyib məhkəməyə göndərməlidir.

Vəkil deyib ki, Nicat Quliyev istintaqa heç bir ifadə verməyib: “Nicat Quliyev hesab edir ki, onu şərləyiblər, evinə silah qoyublar və qanunsuz həbs ediblər. Ona görə də sonadək istintaqın heç bir sualını cavablandırmayıb”.

Əfqan Məmmədovun sözlərinə görə, sabiq nazirin işinə Binəqədi Rayon Məhkəməsində baxılacağı gözlənir: “Çünki hadisənin baş vermə yeri kimi Novxanı bağları göstərilib. Həmin yer də Binəqədi rayonu ərazisidir”.

Nicat Quliyev 2013-cü il avqustun 7-də həbs olunub. MTN-in yaydığı məlumata görə, sabiq nazir qanunsuz olaraq odlu silah saxlamada təqsirləndirilir.

Nicat Quliyev MTN-in təcridxanasında saxlanılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm