ADU-nun rektoru tələbələrlə görüşdü
Bizi izləyin

Qırmızı.az

ADU-nun rektoru tələbələrlə görüşdü

Sentyabrın 15-də Azərbaycan Dillər Universitetində (ADU) “Bilik günü” münasibətilə universitetin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov I kurs tələbələri ilə görüşü keçirildi. Görüşdə ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov, Milli Məclisin deputatları Məlahət Həsənova, Asim Mollazadə, Xanlar Fətiyev, Cavanşir Feyziyev, unviersitetin prorektorları, fakültə dekanları, professor-müəllim heyəti, tələbələr və valideynlər iştirak edib.

ADU-nun akt zalında keçirilən tədbir Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başladı. ADU-nun rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov yeni tədris ili münasibətilə professor – müəllim heyətini, tələbələri təbrik edib.

Azərbaycanın təhsil sistemində özünəməxsus yer tutan Azərbaycan Dillər Universitetinə daxil olan tələbələrə uğurlar arzulayan rektor Səməd Seyidov 15 sentyabr “Bilik günü”nün Azərbaycanda, o cümlədən Azərbaycan Dillər Universitetində şərəfli bir gün kimi qeyd olunduğunu dedi. ADU-nun rəhbəri Azərbaycan təhsil sisteminin öncəki vəziyyətində mövcud çətinliklərə nəzər salaraq bu gün Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təhsilin inkişafı üçün yaradılmış şərait, təhsilə verilən qiymət, gənclərə xüsusi qayğı nəticəsində Azərbaycan təhsil sisteminin inkişaf etdiyini, elm, təhsil, sülh, inkişaf mühitində ADU-nun timsalında ölkəmizin ali təhsil müəssisələrinin yüksək səviyyədə mütəxəssislər hazırladığını, azərbaycanlı gənclərin təhsillərini davam etdirmək üçün dünyanın müxtəlif ölkələrinə göndərildiyini söylədi.

Milli Məclisin deputatı, Nəsimi rayonu üzrə YAP-ın Təşkilat Komitəsinin sədri Məlahət Həsənova öz dövrünün təhsil sistemindəki vəziyyəti xatırlayaraq müstəqil dövlətimizin gənclərinin yaradılan imkanlardan istifadə etməyini tövsiyyə etdi. ADU-da yaradılmış bütün imkanların dünya universitetləri ilə rəqabət aparmaq səviyyədə olduğunu deyən Milli Məslicin deputatı Məlahət Həsənova bu universitetin dünyaya, dünyadan isə ölkəmizə bir pəncərə olduğunu oynadığını dedi.

İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı nümayəndəliyinin rəhbəri, səfir Arif Məmmədov hər kəsi təbrik edərək Azərbaycanda və Azərbaycan Dillər Universitetində gedən inkişafın təqdirəlayiq hal olduğunu dedi.

Milli Məclisin deputatı, professor Asim Mollazadə ADU-nun ölkəmiz və xalqımız üçün çox mühüm bir məkan olduğunu qeyd etdi və Azərbaycanın gələcəyinin bu universitetlə siğortalandığını vurğuladı. ADU-nun dünya ilə ünsiyyətdə qapıları açmaq üçün açar rolunu oynadığını dedi.

Milli Məclisin deputatı Cavanşir Feyziyev tələbələri qazandıqları ilk böyük uğurları münasibətilə təbrik etdi. övladının da ADU-nun tələbəsi adına layiq görülməsindən fəxr hissi keçirdiyini bildirdi. Tələbələrə tələbə adı qazanmağın uğur olması ilə yanaşı, digər uğurlarının da məhz ADU-nun tələbəsi olmaq olduğunu dedi. Dillər Unviersitetinin məzunlarına dünyanın bütün sahələrində, müxtəlif yerlərdə rast gəlməyin mümkünlüyündən danışan Cavanşir Feyziyev universitetin tələbələri böyük gələcəyə aparacağını bildirdi və bu yolda uğurlar arzuladı.

Qeyd edək ki, 2014/2015-ci tədris ilində 1465-ə yaxın bakalavr, 200-ə yaxın isə magistr pilləsinə daxil olmaqla ADU-ya qəbul planı 1665-ə yaxın tələbə təşkil edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm