Metroda nasazlıq, sərnişinlər təxliyə edildi
Bizi izləyin

Qırmızı.az

Metroda nasazlıq, sərnişinlər təxliyə edildi

“Dərnəgül” və “Həzi Aslanov” istiqamətində hərəkət edən qatarda nasazlıq olub.

“Bakı Metropoliteni”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Publika.az-a verdiyi məlumata görə, saat 16:00-da “Neftçilər” stansiyasında qatar hərəkət edərkən onda nasazlıq olduğu aşkarlanıb.

Sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə təxliyə edilib. Qatar depoya göndərilib. Sərnişinlərin boşaldılması və yeni qatarın gəlməsi təxminən 5-6 dəqiqə gecikməyə səbəb olub. Gecikmə digər stansiyalarda da hiss edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm