Bakıda evi yarılan məmur danışdı: "Mənim pulum deyildi" - YENİLƏNİB
Bizi izləyin

Qırmızı.az

Bakıda evi yarılan məmur danışdı: "Mənim pulum deyildi" - YENİLƏNİB

Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində rəis müavininin evini qarət ediblər

Oqtay Məmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, mənzilindən 200 min dollar oğurlanması həqiqətə uyğun deyil.

Onun sözlərinə görə, mənzilindən cəmi 35 min manat pul, yoldaşına məxsus 6000 min manat dəyərində qızıl oğurlanıb: “Mənim pulum deyildi, oğlumun idi, iş görmək istəyirdi. Maşınını satmışdı. Dünən mən evdə olmayanda oğurluq edilib”.

***

Bakı şəhərinin Nərimanov rayonu ərazisində mənzildən külli miqdarda pul oğurlanıb.

Nərimanov rayon Polis İdarəsi 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, naməlum şəxslər A.Heydərov küçəsi 29/22 ünvanında Oqtay Məmməd oğlu Məmmədova məxsus evdən və ya şəxslər 200 min dollar oğurlayıblar.

Şikayətçi bildirib ki, həyat yoldaşı Rahidə Məmmədova evdə olmadığı müddətdə, fevralın 4-ü saat 14-dən 19-dək olan vaxtda mənzilə basqın edilib.


Hazırda faktla bağlı əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Milli.az-ın məlumatına görə, O.Məmmədov yüksək vəzifəli məmurdur. O, Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində rəis müavini işləyir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm