Şadlıq saraylarından nişan və ad günü qadağasına MÜNASİBƏT
Bizi izləyin

Qırmızı.az

Şadlıq saraylarından nişan və ad günü qadağasına MÜNASİBƏT

Nişan və sünnət toylarından imtina ilə bağlı yayılan xəbərlərə Bakıda yerləşən bir sıra şadlıq saraylarının nümayəndələri etiraz etdilər.

Bir-iki gündür Bakıdakı şadlıq evi və restoranlara qeyri-rəsmi olaraq göstəriş verilib ki, bundan sonra təmtəraqlı nişan mərasimləri və sünnət toylarının keçirilməsindən imtina esinlər. Bunu Modern.az-a paytaxtdakı şadlıq evlərindən birinin adının çəkilməsini istəməyən administratoru bildirib. Qeyri-rəsmi göstərişin yuxarılardan gəldiyi bildirilsə də, konkret ünvan göstərilməyib. Artıq paytaxtdakı şadlıq evləri və restoranların sünnət toyları, ad günləri, nişan mərasimlərindən imtina etdikləri söylənilir.

Publika.az-ın əməkdaşı şadlıq evlərinə belə bir tapşırıq verilib-verilmədiyini öyrənmək məqsədilə paytaxtda yerləşən bir sıra şadlıq saraylarında olub. Şadlıq və restoranların administratorları yayılan məlumatın heç bir əsasının olmadığını bildiriblər: “Əksinə, xeyir işlərimiz nə qədər çox olsa, biz dövlətə bir o qədər yüksək vergi köçürürük. Əgər bunlar baş tutmasa, sözügedən vergi məbləğini necə verə bilərik? Digər tərəfdən bu cür xeyir mərasimlərinin keçirilməsi insanların öz istəyindən asılıdır”.

Şadlıq evlərinin nümayəndələrinin bəziləri toy, nişan sahibləri ilə müqavilə bağladığını, bəziləri isə, ümumiyyətlə, belə bir sənədə ehtiyacın olmadığını vurğuladılar.

Özünü “Kəmalə Nərmin” şadlıq sarayının administratoru kimi təqdim edən şəxs bildirib ki, toy yiyələrinin istəyindən asılı olaraq menyu dəyişir. Qiymət 15 manatdan başlayaraq dəyişir.

“Şadlıq sarayında böyük və kiçik toy, o cümlədən ad günü mərasimləri keçirilir. Bu mərasimlərin keçirilməməsi ilə bağlı, hələlik bizə heç bir göstəriş verilməyib. Əgər belə bir tapşırı q verilərsə, biz sözsüz ki, dövlətin qoyduğu tələbləri yerinə yetirəcəyik. Amma inanmıram ki, bu, baş versin. Çünki insanlar özləri toy və nişan mərasimlərini şadlıq saraylarında keçirmək arzusunda olurlar. Onları heç kəs buna məcbur etmir.

Müqavilələrə gəlincə, o bildirib ki, tərəfin istəyindən asılı olaraq müqavilə bağlayırıq.

“Röya” şadlıq sarayının baş administratoru Zaur Babayev hər hansı bir dövlət qurumundan sünnət toyları, ad günləri, nişan mərasimlərnin keçirilməsinə qadağa, həmçinin toy mərasimlərində menyunun sadələşditrilməsi və həmçinin toy sahibi ilə müqavilənin bağlanması ilə bağlı onlara heç bir göstərişin verilmədiyini dedi.

“Azəri”, “Ramin” şadlıq saraylarından da sözügedən qadağa ilə bağlı hər hansı dövlət qurumundan göstəriş almadıqlarını bildirdilər.

Telefonla əlaqə saxladığımız “Ay işığı” şadlıq sarayından sualımıza sualla cavab verdilər. Bura bəyəm dövlət idarəsidir ki, nə isə qadağa qoyulsun? Bizdə toy və nişan mərasimləri keçirilir. İnsanların cibinə uyğun müxtəlif cür menyular təqdim edilir. Biri istəyir süfrəsində ağ və qızıl balıq olsin, o biri istəyir lülə kabab olsun. Buna niyə də qadağa qoyulmalıdır ki?”

Amid

Oxumağa davam et
Reklam
Reklam

Gündəm