Nazirin şikayətçilərlə görüş vaxtı dəyişdirildi
Bizi izləyin

Qırmızı.az

Nazirin şikayətçilərlə görüş vaxtı dəyişdirildi

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Gəncə şəhərində keçirəcəyi vətəndaşları qəbul gününün tarixi dəyişdirilərək, sentyabrın 26-dan sentyabrın 29-na keçirilib. Nazirliyin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, S.Müslümov həmin gün saat 10:00-da Nazirliyin Gəncə şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu şəhərin və Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarının sakinlərini qəbul edəcək.

Vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 265-11-81 (Gəncə şəhər ƏSMM), (022) 205-42-43 (Göygöl rayon ƏSMM), (022) 275-10-12 (Samux rayon ƏSMM), (022) 215-30-40 (Daşkəsən rayon ƏSMM), (022) 236-21-33 (Tərtər rayon ƏSMM), (022) 257-48-94 (Kəlbəcər rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

Göygöl, Samux, Daşkəsən, Tərtər, Kəlbəcər rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Gəncə şəhərinə aparılıb gətirilmələri təmin olunacaq.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm