Azərbaycanda bir ailənin dörd üzvü xəstəxanalıq oldu
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda bir ailənin dörd üzvü xəstəxanalıq oldu

Milli.Az Kəpəz TV-yə istinadən bildirir ki, ötən gün axşam saatlarında Şəmkir rayonunun Kür qəsəbəsində kütləvi zəhərlənmə hadisəsi baş verib.

Qəsəbə sakini, 66 yaşlı Eyyub Həsənov, həyat yoldaşı, 60 yaşlı Afiqə Həsənova, nəvələri 10 yaşlı Fidan və 8 yaşlı Fatimə dəm qazından zəhərlənərək Şəmkir MRX-nın Reanimasiya şöbəsinə yerləşdirilib.

Aparılan tibbi yardımlardan sonra Fatimə və Fidan Həsənovanın vəziyyəti nisbətən yüngülləşib. Ər-arvadın sağlıq vəziyyəti isə ürəkaçan deyil. Hazırda reanimasiya tədbirləri davam etdirilir. Faktla bağlı müvafiq sturkturlar tərəfindən araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm