Bakıda bu avtobusların hərəkət marşrutu qısaldılır - ÖZƏL
Bizi izləyin

Qırmızı.az

Bakıda bu avtobusların hərəkət marşrutu qısaldılır - ÖZƏL

Bakı şəhərində fəaliyyət göstərən bir sıra avtobusların hərəkət marşrutu qısaldılacaq. Bunu Publika.az-a açıqlamasında Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyat İdarəsinin Bakı Regional şöbəsinin rəis müavini Əmrah Cəfərov bildirib. O qeyd edib ki, artıq bununla bağlı qərar verilib və siyahı tərtib edilib.

Hərəkət marşrutu qısaldılacaq avtobuslar bunlardır: 168, 214, 22, 48, 171, 20, 70, 185, 96, 207, 82.

Ə.Cəfərov deyib ki, Bakıda bir-birini təkrarlayan və əlavə nəqliyyat yükü yaradan bəzi marşrut xətlərinin bağlanması da nəzərdə tutulur:

“Artıq bununla bağlı siyahı hazırdır. Bir neçə gün öncə 8-ci km ərazisindən Neftçilər metrostansiyası, Bakıxanov qəsəbəsini keçməklə Atəşgah dairəsinə qədər gedən 23 nömrəli marşrut xətti bağlanıb. Digər bir neçə marşrut avtobusunun da hərəkət xətti dəyişdirilib və bu istiqamətdə iş davam edir”.

Amid Əyyuboğlu

Oxumağa davam et
Reklam
Reklam

Gündəm