Bakıda sərnişindən tərbiyəsizlik - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda sərnişindən tərbiyəsizlik - VİDEO

Ətrafdakıların narazılığına baxmayaraq, qadın söyüşlərə ara verməyib

Bakıda avtobusda sərnişinin kobudluğu ilə müşayiət olunan daha bir insident baş verib.

Hadisə 64 saylı xətt üzrə “Neftçilər” metrostansiyasından Yeni Günəşli qəsəbəsinədək hərəkət edən avtobusda baş verib.

Belə ki, avtobusun sürücüsü yolu kəsməmək üçün dönərək ticarət mərkəzinin qarşısındakı dayanacaqda dayanmaq istəyib.

Bu isə sərnişinlərdən biri tərəfindən mənfi qarşılanıb, dayanacaqda avtobusa minən qadın sürücünün üstünə qışqıraraq, təhqir etməyə başlayıb. Qadın bəyan edib ki, sürücü onun rahatlığı üçün avtobusu yolun ortasında saxlamalı idi.

Sürücü və sərnişinlər uzun müddət onun təhqirlərinə dözərək qadının, nəhayət, sakitləşəcəyini gözləyiblər. Lakin 55-60 yaşlarında qadın fikrindən daşınmayıb və təhqirlərinə davam edib. Sürücünün obyektiv iradlarına laqeyd yanaşan qadın hələ xeyli müddət sakitləşməyib.

Həmin hadisədən bir görüntünü təqdim edirik.

oxu.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm