Aydın Əliyev Şamaxıda qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev Şamaxıda qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev sentyabrın 26-da saat 11:00-da Şamaxı şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev küçəsi 27A) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Şamaxı, Qobustan, Ağsu rayonlarının sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm