Müəllimlər sınaq imtahanı verəcək
Bizi izləyin

Qırmızı.az

Müəllimlər sınaq imtahanı verəcək

Bu gün bəzi müəllimlər Sınaq Qiymətləndirilməsində iştirak edəcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Publika.az-a verilən məlumata görə, qiymətləndirmə Bakı şəhərinin 2 məktəbində - 47 və 258 saylı orta məktəblərində saat 11:00-da baş tutacaq. Sınaq qiymətləndirilmə saat 13:30- da başa çatacaq.

Ümumilikdə Bakı üzrə 1493 nəfəri Azərbaycan, 260 nəfəri rus bölməsi olmaqla 1753 müəllim Sınaq Qiymətləndirilmədə iştirak edəcək.

Təhsil Nazirliyi bu gün Sınaq Qiymətləndirilməsində iştirak edəcək bütün müəllimlərə uğurlar arzulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm