Sərnişin məsuliyyətsizliyi metroda həyəcana səbəb oldu
Bizi izləyin

Qırmızı.az

Sərnişin məsuliyyətsizliyi metroda həyəcana səbəb oldu

Bu gün səhər saatlarında metronun “28 May” stansiyasında sərnişin eskalatoru saxlayıb.

Bu barədə Publika.az-a “Bakı Metropoliteni ”QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Onun sözlərinə görə, sərnişinin məsuliyyətsiz hərəkəti həyəcana səbəb olub.

“Metropolitenin bütün eskalatorlarında xüsusi düymələr var ki, hər hansı hadisə baş verəndə hərəkəti saxlasınlar. Lakin budəfəki hadisə sərnişinin məsuliyyətsizliyindən baş verib. O heç bir səbəb olmadan düyməni basıb və eskalator dayanıb. Bir dəqiqə eskalator dayanıb, bu da sərnişinlər arasında həyəcana səbəb olub, piyada hərəkət ediblər. Qısa zamanda metropoliten əməkdaşları tərəfindən problem aradan qaldırılıb və xəbərdarlıqdan sonra eskalator yenidən hərəkət edib”.

N.Paşayev onu da əlavə edib ki, həmin sərnişinin müəyyən edilməsi çətin deyil:

“Hadisə pik saatlarda baş verəndə sərnişinin müəyyən edilməsi çətin olur. Çünki eskalator tam dolu olur, sıxlıq zamanı həmin şəxsin müəyyən edilməsi asan deyil. Lakin buna baxmayaraq, həmin şəxsin müəyyən edilməsi istiqamətində iş aparılır. Bu hal ilk dəfə müşahidə edilmir. Həmin sərnişinlərə qarşı müvafiq tədbirlər görülüb.

Bir daha müraciət edərək bildiririk ki, sərnişinlər bu cür hərəkət etmədən əvvəl digər istifadəçilərin narahatlığına səbəb olacaqlarını düşünməlidirlər. Üstəlik, işlər avtomatlaşdırılsa da, qısa zamanda eskalatoru işə salmaq mümkün deyil. Əvvəlcə, dayanmanın səbəbi müəyyən edilib, yoxlanandan sonra hərəkət etdirilir. Bu da müəyyən vaxt alır. Nəticədə, sıxlıq və gecikmələrə səbəb ola bilir”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm