Qırmızı.az
6-cı "Mobillik qrantı" yeni şərtlərlə elan edildi
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) 6-cı "Mobillik qrantı"nı yeni şərtlərlə elan edib.
Fondun mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu müsabiqə çərçivəsində qrant maliyyələşdirilməsinin həcmi 100 min manat təşkil edəcək. Müsabiqəyə 2015-ci il 12 yanvar-30 aprel tarixləri arasında xaricdə keçiriləcək beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak etmək istəyən şəxslər ərizələrini təqdim edə bilərlər.
EİF 6-cı "Mobillik qrantı" müsabiqəsindən etibarən müsabiqə şərtlərinə dair yeni tələblər irəli sürüb. Belə ki, müsabiqədə iştirak üçün iddiaçının çalışdığı qurumun rəhbərinin yazılı razılığı olmalıdır. Beynəlxalq elmi tədbirlərdə və qısamüddətli elmi təcrübəkeçmə proqramlarında iştirak üzrə dəvətlər birbaşa olaraq Elmin İnkişafı Fondunun adına göndərilməlidir. Bu müsabiqədən etibarən türkdilli və rusdilli ölkələr istisna edilməklə, digər ölkələrdə baş tutacaq tədbirlər üzrə ingilis dilini bilmə səviyyəsini təsdiq edən sənəd təqdim olunduqda həmin layihəyə üstünlük veriləcək. Sənəd təqdim olunmadıqda isə Fond şifahi müsahibə keçirə bilər.
Müsabiqədə iştirak etmək üçün ərizələr sentyabrın 22-dən oktyabrın 22-si saat 17:00-dək qəbul olunacaq. Müsabiqənin nəticələrinin noyabrda açıqlanacağı planlaşdırılır.
-
Nida Xəbər 10:31
Leyla Əliyeva Qocalar evində - FOTO
-
Dünya09:48
Mask ermənilərə söz verdi: Növbəti əlverişli fürsətdə...
-
MDB09:12
Avtomobillərin texniki baxış qiymətləri yenidən bahalaşacaq
-
Magazin208:22
"Qremmi" mükafatlı müğənni vəfat etdi
-
Hadisə07:55
Azərbaycanın iki rayonunda evləri böcəklər basdı - FOTO
-
Kriminal05:45
Piramida üsulu ilə pulu belə oğurlayırlar - VİDEO
-
Avto02:19
Zukerberq xanımı üçün xüsusi "Porsche" hazırlatdı - FOTOLAR
-
ABŞ01:40
"Milton" yaxınlaşır - Co Bayden fövqəladə vəziyyət elan etdi