Alimlərinin qurultayı keçiriləcək
Bizi izləyin

Qırmızı.az

Alimlərinin qurultayı keçiriləcək

Bu il dekabrın 19-da Bakıda Azərbaycan Alimlərinin I Qurultayı keçiriləcək.

AMEA-da Publika.az-a verilən məlumata görə, bu münasibətlə bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində müşavirə keçirilib. Təşkil olunan müşavirədə AMEA prezidenti, akademik Akif Əlizafdə qurultayın tədbirlər planından bəhs edib.

Bildirib ki, planda işçi qrupunun yaradılması, yerli və xarici qonaqların müəyyənləşdirilməsi və onlarla müvafiq işlərin aparılması, qurultayın redaksiya heyəti və katibliyinin müəyyənləşdirilməsi və digər məsələlər yer alır. Bundan əlavə, tədbirdə çıxış edəcək alimlərin məruzələrinin toplanması və “Azərbaycan alimlərinin I qurultayının materialları” adlı kitabın hazırlanması da nəzərdə tutulur.

Qeyd olunub ki, qurultayın dövlət səviyyəsində təşkili məqsədi ilə ölkə rəhbərliyinə müraciət ediləcək. Tədbirdə dünyaın müxtəlif ölkələrindən azərbaycanlı alimlər, həmçinin respublika üzrə bütün elm və təhsil müəssisələrindən nümayəndələr iştirak edəcəklər. Qurultay Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçiriləcək.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm