Qırmızı.az
Azərbaycan Ordusu itki verdi - Rəsmi açıqlama
Azərbaycan Ordusu iki əsgərini itirib.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, sentyabrın 23-də saat 14.30 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozaraq mövqelərimizi atəşə tutublar.
Döyüş mövqeyində təhlükəsizlik qaydalarını pozduğundan Silahlı
Qüvvələrimizin 1995-ci il təvəllüdlü, Ağstafa rayonundan hərbi
xidmətə çağırılmış əsgəri Şəbiyev Kəramət Şəmkir oğlu düşmən
tərəfindən atılan snayper atəşindən həlak olub.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən
faktla əlaqədar araşdırma aparılır.
Sentyabrın 23-də saat 13.20 radələrində isə Silahlı Qüvvələrimizin 1996-cı il təvəllüdlü,Yevlax rayonundan hərbi xidmətə çağırılmış əsgəri Sadıqov Pərviz Vidadi oğlu infeksion-toksiki şok, hemorragik vaskulit, visseral forma, ildırım sürətli gedişli diaqnozu ilə Silahlı Qüvvələrin Baş Kliniki Hospitalına daxil olub.
Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün
olmayıb və xəstə saat 15.35 radələrində vəfat edib.
Hadisə ilə bağlı cinayət işi başlanıb. Hərbi Prokurorluq tərəfindən
faktla əlaqədar araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi dünyasını dəyişmiş əsgərlərimizin
valideynlərinə və doğmalarına dərin hüznlə başsağlığı verir və səbr
diləyir.
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...