Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşlarla görüşdü
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Şəmkirdə vətəndaşlarla görüşdü

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə əsasən Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov sentyabrın 25-də Şəmkir şəhərindəki “Zəka” Gənclərin İntellektual İnkişaf Mərkəzində Şəmkir, Tovuz, Qazax və Ağstafa rayonlarından olan vətəndaşları qəbul edib.

Publika.az xəbər verir ki, nazir Kəmaləddin Heydərov tərəfindən qəbul edilən 23 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə həll edilib, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlər görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Bundan əlavə, kadr məsələləri ilə bağlı 107, digər məsələlərlə bağlı müraciət etmiş 50 vətəndaş nazir müavinləri, nazirliyin baş idarə və qurumlarının rəhbərləri tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm