Kəmaləddin Heydərov Gədəbəydə açılışda iştirak etdi
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Gədəbəydə açılışda iştirak etdi

Gədəbəydə Dövlət Yanğından Mühafizə Hissəsinin açılışı olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Gədəbəy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yeni inzibati binasının açılışı olub. Publika.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, açılışı nazir, general-polkovnik Kəmaləddin Heydərov edib.

K.Heydərov yüksək standartlara cavab verən müasir avadanlıqlarla təchiz olunmuş binanın açılışını bildirən rəmzi qırmızı lenti kəsib.

Nazir ulu öndər Heydər Əliyevin fotoşəkilləri olan stend, dispetçer, tədris və istirahət otaqları, yeməkxana ilə tanış olub. Məlumat verilib ki, hissə ən müasir yanğınsöndürmə texnika və avadanlıqları ilə təchiz olunub, burada şəxsi heyətin normal iş fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm