Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib
Bizi izləyin

Qırmızı.az

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Şəmkirdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu gün saat 18 radələrində Bakı-Qazax magistralının 399-cu km-də Şəmkir rayon, Muxtariyyə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş veib.

Şəmkir sakini 37 yaşlı Şahin Rüstəmov idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən yolu keçmək istəyən piyada - Muxtariyyə kənd sakini 57 yaşlı Eyvaz Vəliyevi vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib.

Baş vermiş hadisə ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm