Lənkəranda fövqəladə hallarla bağlı qərargah məşqi keçirilib
Bizi izləyin

Qırmızı.az

Lənkəranda fövqəladə hallarla bağlı qərargah məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı idarəetmənin təşkili” mövzusunda qərargah məşqi keçirilib.

Publika.az xəbər verir ki, məqsəd fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzinin rəhbər və zabit heyətinin idarəetmə sahəsində peşəkarlığını, bilik və bacarığını daha da artırmaq, fövqəladə hallar zamanı fəaliyyət planlarında nəzərdə tutulan tədbirlərin reallığını yoxlamaq, qüvvə və vasitələrin idarə edilməsində məşq iştirakçılarının vərdişlərini artırmaqdır.

İki mərhələdə keçirilən qərargah məşqinə mərkəzin bütün rəhbər və zabit heyəti cəlb olunub.

Birinci mərhələdə baş vermiş fövqəladə hadisə barədə şəxsi heyətə xəbərdarlıq edilərək birgə fəaliyyət təşkil olunub, yaranmış vəziyyət qiymətləndirilib, müvafiq hesabatlar və görüləcək işlər barəsində təkliflər hazırlanıb, əsas idarəetmə məntəqəsi, rabitə və xəbərdarlıq sistemi hazır vəziyyətə gətirilib, fövqəladə hallar zamanı axtarış və qəza-xilasetmə işləri həyata keçirilib.

İkinci mərhələ isə fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması, kəşfiyyatın təşkili, qüvvə və vasitələrin, texnika və avadanlıqların fövqəladə hadisə yerinə cəlb edilməsi, köçürülmə, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsi üçün hazırlıq işlərinin təşkili, cəlb ediləcək qüvvə və vasitələrin hesabatı dəqiq olaraq müəyyənləşdirilib, xəsarət alanların ilkin həyat təminatının, yanğın-partlayış obyektlərində baş vermiş qəzaların və nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılması işləri ilə davam etdirilib.

Məşq zamanı şərti olaraq mərkəzin operativ məlumat şöbəsinə daxil olan 3 əməliyyat məlumatına əsasən, Cənub Regional Mərkəzinin şəxsi heyətinə “toplanış” siqnalı verilərək mərkəzin bütün şəxsi heyəti hazırlıq vəziyyətinə gətirilib.

Hadisə baş vermiş ərazilərə xilasetmə qüvvələri göndərilib, FHN-in və digər aidiyyəti orqanların qüvvə və vasitələri hadisə yerlərinə cəlb olunub. Təxliyə edilən əhali təhlükəsiz ərazilərə köçürülüb, hadisə rayonunda yerləşən orqanların qüvvə və vasitələri hadisənin fəsadlarının aradan qaldırılması işinə səfərbər edilib.

Mərkəzin əhatə etdiyi ərazidə baş verən fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Cənub Regional Mərkəzi ilə nazirliyin yerli qurumları və müvafiq icra hakimiyyətlərinin idarə və təşkilatları arasında qarşılıqlı fəaliyyət planlarına əsasən işlər davam etdirilməklə müsbət nəticələr əldə olunub.

Yekun olaraq fövqəladə halların nəticələrinin aradan qaldırılmasında iştirakçıların vərdişləri təkmilləşdirilib, xilasetmə işinin təşkili zamanı insanların axtarılması və zərərçəkmişlərin təhlükəsiz ərazilərə təxliyəsi həllini tapıb, mərkəzin struktur bölmələri arasında qarşılıqlı fəaliyyətin həyata keçirilməsinə nail olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm