Ramil Usubov bütün rəisləri toplayır – Səbəb
Bizi izləyin

Qırmızı.az

Ramil Usubov bütün rəisləri toplayır – Səbəb

Sentyabrın 30-da Daxili İşlər naziri Ramil Usubovun rəhbərliyi ilə geniş tərkibli kollegiya iclası keçiriləcək.

Axar.az xəbər verir ki, rayon polis idarə və şöbə rəislərinin də iştirak edəcəyi kollegiya iclasında əsasən iki məsələ müzakirə olunacaq: vətəndaşların hüquqlarının qorunması və azyaşlıların törətdiyi cinayətlər.

Məlumata görə, polis rəisləri rayonlardakı vəziyyət və statistik məlumatlarla bağlı çıxışlar edəcəklər. Kollegiyanın nəticəsinə uyğun Ramil Usubovun cinayətkarlığın qarşısının alınması və profilaktik tədbirlərin gücləndirilməsi sahəsində xüsusi tapşırıqlar verəcəyi gözlənilir. Cinayətkarlığa qarşı mübarizə sahəsində aşağı göstəriciləri olan rayonlar aşkarlandığı halda, nazirin ciddi ölçü götürəcəyi istisna edilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm