Bakıya yenidən qar yağacaq - HAVA HAQQINDA
Bizi izləyin

Qırmızı.az

Bakıya yenidən qar yağacaq - HAVA HAQQINDA

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, axşam və gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, axşam və gecə bəzi yerlərdə qar yağacağı ehtimal olunur. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 2-6° şaxta, gündüz 1° şaxtadan 2°-dək isti, Bakıda gecə 3-5° şaxta, gündüz 0°-yə yaxın olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 765 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-70 faiz təşkil edəcək.

Gecə və səhər yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında bəzi yerlərdə zəif qar yağacağı, duman olacağı gözlənilir.

Temperatur gecə 9-14°, dağlıq ərazilərdə 18° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava, əsasən, yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 15-20°, gündüz 2-7° şaxta olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava, əsasən, yağmursuz keçəcək.

Temperaturun gecə 9-14°, gündüz 0-5° şaxta, bəzi yerlərdə 3° isti olacağı gözlənilir.
Yollar buz bağlayacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında bəzi yerlərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 8-13°, gündüz 0-5° şaxta, dağlarda gecə 13-18°, yüksək dağlıq ərazilərdə 20-22° şaxta, gündüz 5-8° şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında az qar yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.

Temperaturun gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında bəzi yerlərdə qar yağacağı ehtimal olunur.

Temperaturun gecə 3-5° şaxta, gündüz 3° şaxtadan 3°-dək isti, dağlarda gecə 13-18°, gündüz 3-5° şaxta olacağı gözlənilir.

Yollar buz bağlayacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm