Kürdəmirdə “Mercedes” ilə yük maşını toqquşub, ölənlər var
Bizi izləyin

Qırmızı.az

Kürdəmirdə “Mercedes” ilə yük maşını toqquşub, ölənlər var

Kürdəmir rayonu, Çöl Ərəb kəndində (rayon mərkəzindən 18 km aralı) “Mercedes” markalı yük avtomobili və “Ford” markalı minik avtomobili toqquşub.

Publika.az-ın FHN-nin saytına istinadən verdiyi məlumata görə, nəticədə "Mercedes" markalı yük avtomobilin sıxılmış vəziyyətdə qalmış sürücüsü yanğınsöndürən-xilasedicilər tərəfindən müxtəlif kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım xidmətinə təhvil verilib.

"Ford" markalı avtomobilin sürücüsü 1986-cı il təvəllüdlü Babayev Ceyhun Bəybala oğlu və avtomobildə olan sərnişin, 1976-cı il təvəllüdlü İmaməliyev Ceyhun Qədir oğlu ağır bədən xəsarətlərindən hadisə yerində dünyasını dəyişiblər. Yanğınsöndürən-xilasedicilər tərəfindən meyitlər yolun kənarından götürərək aidiyatı üzrə təhvil verilib. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm