İran vətəndaşı Ələt-Astara magistral yolunda ağır qəza törədib - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

İran vətəndaşı Ələt-Astara magistral yolunda ağır qəza törədib - FOTOLAR

Ötən axşam saat 21 radələrində Ələt-Astara magistral yolunda zəncirvari qəza baş verib. Hadisə magistralın 204-cü kilometrliyində, yolun Lənkəran rayonunun Velədi kəndi ərazisindəki körpüdə baş verib.

Məlumata görə, İran İslam Respublikası vətəndaşı 53 yaşlı Mirmuh Məhəmməd Nadirin idarə etdiyi “MAN” markalı ağır tonnajlı yük maşını Ələt istiqamətində hərəkətdə olarkən, idarəetməni itirib və Lənkəran rayonunun Osaküçə kənd sakini 25 yaşlı Adıyev Elnur Miroglan oglunun idarə etdiyi “VAZ 2109” markalı avtomaşınla toqquşub. “MAN” markalı yük maşının arxasınca hərəkətdə olan, Lənkəran şəhər sakini 27 yaşlı Fərid Hüseynovun idarə etdiyi “Hyundai SantaFe” markalı avtomaşın isə öz növbəsində yük maşınına çırpılıb.

Toqquşmadan sonra “Hyundai SantaFe” yolun sol tərəfində olan dərəyə aşıb. Zəncirvari qəzada “VAZ 2109” markalı avtomaşının sərnişini 24 yaşlı Velədi kənd sakini Sadiq Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza nəticəsində magistral yolda avtomobillərin hərəkəti 2 saata yaxın dayanıb. Aparılan profilaktik tədbirlərdən sonra, magistralda nəqliyyatın hərəkətini bərpa etmək mümkün olub.
İlkin ehtimala görə hadisənin baş verməsinə səbəb yolun buzlu olması göstərilir.

Hadisənin dəqiq səbəbləri avtoekspertizanın verəcəyi rəydən sonra məlum olacaq. /anspress/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm