Qırmızı.az
Gecə saatlarında Bakıda və bölgələrdə yanğın hadisələri baş verib
Publika.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Sabirabad rayonu, Suqovuşan kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 63 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Sumqayıt şəhərində tikilməkdə olan maşınqayırma sexinin ümumi
sahəsi 10000 kv.m olan dam örtüyünün yanar konstruksiyaları 250
kv.m və sexin içərisinə yığılmış tikinti materiallarının qalıqları
15 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə
olunub.
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus birmərtəbəli 2
otaqlı evin dam örtüyünün yanar konstrksiyaları 3 kv.m sahədə
yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Ağdaş rayonu, Pirəzə kəndində (rayon mərkəzindən 35 km aralı)
vətəndaşa məxsus ümumi sahəsi 168 kv.m olan birmərtəbəli 3 otaqlı
və aynabənddən ibarət evin yanar konstruksiyaları və ev əşyaları
yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Bütün hallarda yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
-
Nida Xəbər 13:10
Paşinyan 5 saatlıq qapalı görüşdə 4 kəndlə bağlı nələr deyib?
-
Sosial12:57
Əhaliyə şad xəbər: bu evlər ucuzlaşacaq
-
Magazin112:22
Məleykə Əsədovanın görün neçə yaşı oldu
-
Region11:42
Nikolyanı Ermənistana buraxmadılar: Qarabağda yaralanmışdı, Qazaxla sərhəddə...
-
Nida Xəbər 11:32
Ermənistan polisi Bağanis-Voskepar yolunu bağladı
-
Sosial11:13
Bütün sosial ödənişlər bu tarixdə veriləcək
-
Magazin111:07
Görün Brilliant Dadaşova oğluna nə dedi: Yalvarmaqdan... - FOTO/VİDEO
-
Dünya10:56
Almaniya prezidenti İstanbulda hər kəsi təəccübləndirdi: Dönər kabab...