Qırmızı.az
Metroda dəhşətli qəza – FOTOLAR / 18+
İstanbul metrosunda dəhşətli qəza baş verib.
Publika.az “Yeni Şəfəq”ə istinadən xəbər verir ki, İstanbul metrosunun “Hacıosman-Yeniqapı” stansiyaları arasında qəza baş verib.
Qatarın qabaq vaqonunun dəmir parçası bir sərnişinin qarnına girib.
Hadisə yerinə çoxlu sayda ambulans və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
Vaqona daxil olan xilasedicilər sərnişinin qarnına girən dəmir parçasını kəsərək çıxara biliblər. Yaralanan Fateh Çoban adlı sərnişin Oxmeydanı xəstəxanasına aparılıb. Otuz üç yaşlı Fateh əməliyyat olunub.
Maşinist tərəfindən mərkəzə ötürülən “qəzaya görə dayanmaq məcburiyyətində qaldım. Sərnişinlər təxliyə olunmalıdır” xəbərdarlığından sonra təxliyə prosesi başlayıb. Qatarın içində qalan və güclü panika, stress yaşayan sərnişinlər hadisə yerindən çıxarılıb.
İstanbul Böyükşəhər Bələdiyyəsindən verilən açıqlamada isə qəzanın səbəbinin texniki araşdırmalardan sonra dəqiq bəlli olacağı bildirilib.
Xatırladaq ki, qəzanın meydana gəldiyi hissədə bir aydır ki, təmir işləri görülürdü. Polis hadisə ilə əlaqədar araşdırmaya başlayıb.
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ