Türkiyə səfiri azərbaycanlı tələbələrə diplom təqdim etdi - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Türkiyə səfiri azərbaycanlı tələbələrə diplom təqdim etdi - FOTOLAR

Bu yaxınlarda Türkiyənin Anadolu Dövlət Universitetinin məzunu olmuş azərbaycanlı tələbələrin Bakıda diplomlarının təqdimetmə mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri İsmail Alper Coşkun, Anadolu Universitetinin prorektoru, professor Yücel Güney və universitetin Açıkögretim fakültəsinin dekan müavini, professor Cemil Ulukan, Anadolu Universitetinin Azərbaycan üzrə koordinatoru Azər Hətəmov, TRT-nin Azərbaycan büro müdiri Yıldıray Arslan, Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) sədri Cemal Yangın, Türkiyə Səfirliyinin təhsil və digər müşavirləri, həmçinin digər rəsmi qonaqlar və məzunlar, valideynlər iştirak ediblər.

Tədbirdə ilk olaraq Anadolu Universitetinin və tələbələrinin buradakı fəaliyyətini əks etdirən video çarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Anadolu Dövlət Universitetinin Azərbaycan Proqramlarının rəhbəri Azər Hətəmov bu təhsil ocağının fəaliyyətindən və Azərbaycanda distant təhsilin zərurətindən danışıb.

O, bildirib ki, 2009-cu ildən etibarən universitet Azərbaycanda yaşayan Azərbaycan, Türkiyə və digər ölkə vətəndaşlarına distant təhsil verir.

30 ildən çox təcrübəsi olan universitet tələbələrin bu yolla təhsil almaları üçün müasir dövrün tələblərinə cavab verən qlobal tədris sistemi qurub.

Həmçinin, 2009-2014-cü illər ərzində universitet distant təhsil üsulu ilə Azərbaycan Proqramlarında 11 ixtisas üzrə təhsil verir.

A.Hətəmov deyib ki, hazırda Azərbaycanda 1700-ə yaxın tələbə bu universitetdə təhsil alır.

Onun sözlərinə görə, Anadolu Dövlət Universiteti 2011-2013-cü illər ərzində Azərbaycanın bir sıra nüfuzlu ali təhsil ocaqları ilə, eləcə də Prezident yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Tibb Universiteti, Bakı Slavyan Universiteti, Azərbaycan Texniki Universiteti və digərləri ilə qarşılıqlı əməkdaşlıq edir.

Anadolu Dövlət Universitetinin prorektoru Yücel Güney məzunları diplom almaları münasibətilə təbrik edib:

“Siz təhsilinizi bitirdiyiniz üçün sevincli, biz isə dəyərli tələbələrə təhsil verdiyimiz üçün qürurluyuq”.

ATİB sədri Cemal Yanğın öz çıxışında məzunların işə düzəlməsində ATİB tərəfindən də dəstək göstəriləcəyini bildirərək onlara iş fəaliyyətlərində uğurlar arzulayıb.

Türkiyənin Azərbaycandakı Səfiri İ.A.Coşkun məzunları təbrik edərək, Azərbaycan-Türkiyə dostluq əlaqələrinin gündən-günə möhkəmlənməsindən, Azərbaycanın dünya ölkələri sırasındakı nüfuzundan və xüsusilə təhsilin ölkədəki inkişafından danışıb.

Səfir iki ölkə arasındakı əlaqələrin gələcəkdə də elm, təhsil və digər sahələrdə inkişafının davam edəcəyini əminliyini ifadə edib.

Bildirilib ki, Azərbaycanda elmin inkişafı, təhsil sahəsinin beynəlxalq standartlar səviyyəsində qurulması dövlət siyasətinin qabaqcıl istiqamətlərindəndir.

Tədbirin sonunda məzunlara diplomlar təqdim olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm