Gənclər üçün “Qış Universiteti” layihəsinin açılış mərasimi keçirildi
Bizi izləyin

Qırmızı.az

Gənclər üçün “Qış Universiteti” layihəsinin açılış mərasimi keçirildi

“İrəli” İctimai Birliyinin təşkilatçılığı və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Gənc Liderlər üçün Qış Universiteti – Kreativ başlanğıc” layihəsinin açılış mərasimi olub.

Publika.Az-ın verdiyi xəbərə görə, mərasimdə gənclər və idman nazirinin müavini İntiqam Babayev, Milli Məclisin deputatı Ceyhun Osmanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Narkotiklərə dair Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev, Azərbaycan Respublikasının Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov, “Azərbaycan” qəzetinin “Parlament və Siyasət” şöbəsinin redaktoru İxtiyar Hüseynli, QHT rəhbərləri, "İrəli" İctimai Birliyinin sədri Rauf Mərdiyev və digər qurumun təmsilçiləri iştirak ediblər.

Rauf Mərdiyev bildirib ki, bu layihə təşkilatın gənclər tərəfindən çox sevilən və ənənəvi bir layihəsidir:

“Gənc Liderlər üçün Yay və Qış Universitetləri layihələrinin aşkarlanması, müxtəlif sahələr üzrə onların bilik və bacarıqlarının artırılması, fəal vətəndaş kimi yetişmələri, eyni zamanda gənc liderlərdən ibarət şəbəkələrin formalaşmasını təmin edir.

2009-cu ildən başlayaraq indiyədək Qazax, Sabirabad rayonlarında “Gənc Liderlər üçün Yay Universiteti”, Oğuz, Qəbələ və Gəncə şəhərlərində isə “Gənc Liderlər üçün Qış Universiteti” layihələri keçirilib. Ümumilikdə, layihə Azərbaycanın ən fəal və potensiallı 600 nəfər gəncini bir araya gətirib”.

İntiqam Babayev isə bu ilki qış universitetinin də əvvəlki illərdəki kimi daha da maraqlı keçəcəyini və gənclərin layihədən böyük nəticələr alacağını deyib:

“Düşünürəm ki, bu layihə artıq gənclər arasında öz maraq dairəsini yetərincə genişləndirə bilib. Burada komandaların adlarına da fikir verdikdə insana çox maraqlı gəlir. Adlar demək olar ki, rəmzidir və çox maraqlıdır. İnanıram ki, gənclər bu layihədən vacib təcrübələr əldə edə biləcəklər”.

Fərhad Hacıyev də layihənin gənclər arasında böyük uğur qazandığını deyərək, fond adından hər zaman bu cür layihələri dəstəklədiklərini deyib:

“İrəli” Gənclər Fondu yarandığı ilk vaxtdan özümüzə portnyor hesab etdiyimiz təşkilatlardandır.

Çünki bu təşkilat tərəfindən hər zaman bizə maraqlı layihələr təqdim edilir. Bu cür layihələr gənclər arasında təşkil edilirsə deməli bu həm də dövlət gənclər siyasətinin uğurudur.Həmçinin, dövlətimizin gənclərə verdiyi sərbəstlikdir”.

F.Hacıyev həmçinin fonda təqdim edilən layihələr haqqında da danışıb. O bildirib ki, 1 il yarım ərzində fonda 1642 layihə təqdim edilib:

“Onlardan 1021-i tərəfimizdən dəstəklənib. 277 təşkilat, 2100 isə fərdi gənc fondun qeydiyyatına alınıb”.

Ceyhun Osmanlı isə deyib ki, hər bir gəncin ideyası dövlətçilik, vətənçiliklə bağlı olmalıdır:

“Sözsüz ki, gənc üçün ən önəmli ona olan etimaddır. Əgər bu etimadın içində birlik, inkişaf, tərəqqi, ideya olmasa təbii ki, onun dəyəri də qalmaz. Layihədə hər zaman iştirak edən gənclər potensiallı gənclər olub və bu layihədən sonra isə yüksək uğurlara nail olublar.

Mən inanıram ki, bu ilki qış universitetinin də iştirakçıları heç də əvvəlki illərdə olan gənclərdən geri qalmayacaq”.

Daha sonra komandaların kapitanları çıxış edib və hər bir komanda tərəfindən hazırlanmış videoçarx nümayiş olunub. Qeyd edək layihə 5-8 fevral tarixlərini əhatə edir. 100 gənc lider 4 gün ərzində gəncləri əhatə edən müxtəlif və gündəmdə olan mövzular üzrə ölkənin aparıcı ekspertləri ilə görüşəcək, fikir mübadiləsi aparacaq, yeni təşəbbüs, təkliflər üzərində çalışacaqlar.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm