Avtobusu dayanacaqdakıların üstünə sürdü, xəsarət alan var - Bakıda
Bizi izləyin

Qırmızı.az

Avtobusu dayanacaqdakıların üstünə sürdü, xəsarət alan var - Bakıda

10 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü idarə etdiyi nəqliyyat vasitəsini dayanacaqdakı insanların üstünə sürüb. Nəticədə bir nəfər xəsarət alıb. Bu barədə məlumatı Publika.az-a hadisə şahidləri veriblər. Şahidlərin sözlərinə görə, hadisə paytaxtın Atatürk prospektində, Ayna Sultanova heykəlinin yaxınlığında baş verib. 10-ZA-677 dövlət nömrə nişanlı avtobusu idarə edən sürücü hadisə yerindən qaçıb:

“Dayanacaqda dayanmışdıq. Bir də gördük ki, avtobus üstümüzə gəlir. Tez kənara çəkildik. Bir nəfər avtobusun ön qapısından yerə düşdü. Az qala təkərin atlında qalacaqdı. Sürücü saxlamadı, sürüb qaçdı”.

Publika.az-ın araşdırması zamanı məlum olub ki, xəsarət alan şəxs 1977-ci il təvəllüdlü Bakı şəhər sakini Maya Əhmədovadır. Zərərçəkmişin həyat yoldaşı əməkdaşımızla söhbətində bildirib ki, həmin sürücünün cəzalandırılmasını istəyir:

“Belələri sürücü adına ləkədir. Səhvi eləmisən, heç olmasa, saxla, maraqlan da. Elə bəlkə, təkərin altında qalaydı? Bütün aidiyyəti qurumlardan bu şəxsin tutularaq cəzalandırılması istiqamətində addımlar atmağını xahiş edirəm”.

İntiqam VALEHOĞLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm