Bir sillənin qurbanları - Goranboydakı qətliamın TƏFƏRRÜATLARI (YENİLƏNİB - 3)
Bizi izləyin

Qırmızı.az

Bir sillənin qurbanları - Goranboydakı qətliamın TƏFƏRRÜATLARI (YENİLƏNİB - 3)

Goranboy rayon polis şöbəsindən Publika.az-a verilən məlumata görə, hadisəni törədən şəxs Rafiq Müzəffər oğlu Hüseynov özü polisə təslim olub.

Məlumata görə, hadisəni törədən şəxs həmin ailənin qızı ilə bir ay əvvəl evlənib. Qız atasının ildönümü mərasiminə gedərkən əri onunla şərt kəsib ki, qardaşlarından başqa heç bir qohumuyla öpüşüb-görüşməsin. Lakin yas mərasimində qız ərinin bu şərtini pozub, əmisi oğlanları ilə görüşüb.

Mərasimdən sonra evinə qayıdan gəlinə əri bir sillə vurub. Bundan acıqlanan gəlin ata evinə qayıdıb.

Bundan sonra ər barışmaq üçün bir neçə dəfə qayınatasıgilə gedib. Lakin qızın ailəsi barışmağa razı olmayıb. Bundan əsəbiləşən kürəkən məlum hadisəni törədib.

Məlumata görə, kürəkən evə qumbara ataraq bir ailəni məhv edib. Ölənlər arasında 3 yaşlı uşaq da var.

Ölənlər bunlardır:

Diləzbər (ana)

Fərqanə (baldız)

Südabə (gəlin)

Namiq (qardaş)

Ofilə

Həvayət

İsa (3 yaş)

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə bildiriblər ki, xəstəxanaya silahlı insidentlə bağlı iki xəstə daxil olub. Onlar 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədovadır. Onların hər ikisi Goranboy rayonunun Safıkürd kənd sakinidirlər.

Gülxar

10:30

Xəstəxanadan Trend-ə bildirilib ki, hazırda hər iki şəxs cərahiyyə əməliyyatı olunur. Yaralılarda güclü qanaxma var və vəziyyətləri ağır qiymətləndirilir.

Goranboy rayon Prokurorluğundan bildiriblər ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs tutulub.


O 1978-ci il təvəllüdlü Rafiq Hüseynovdur. Məlumata görə, kütləvi qətl törədən şəxs ailənin kürəkəni olub.

10:20

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından Trend-ə bildiriblər ki, xəstəxanaya silahlı insidentlə bağlı iki xəstə daxil olub. Onlar 1986-cı il təvəllüdlü Natiq Allahverdi oğlu Məmmədov və 1984-cü il təvəllüdlü Günel Haqverdi qızı Məmmədovadır. Onların hər ikisi Goranboy rayonunun Safıkürd kənd sakinidirlər.

Məlumata görə, hər iki şəxs çoxsaylı odlu silah yaraları ilə xəstəxanaya daxil olub.

10:04

Goranboy rayonunda qətl hadisəsi baş verib. Bu barədə Teleqraf.com-a Goranboy rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, bir ailənin evinə silahlı hücum olub. Hücum nəticəsində bir ailənin 7 üzvü öldürülüb, iki nəfər yaralanıb. Hadisə zamanı yaralananlar xəstəxanaya yerləşdirilib. Hadisə yerinə rayon prokurorluğu və polis idarəsinin əməkdaşları gəlib. Faktla bağlı araşdırma aparılır.

Goranboy rayon Prokurorunun böyük köməkçisi Fizuli Əliyev Teleqraf.com-a bildirib ki, prokurorluq əməkdaşları hadisə yerindədir. Onun sözlərinə görə, hadisə ilə bağlı araşdırma aparılır və araşdırmaların sonunda ictimayyətə əlavə məlumat veriləcək. İlkin ehtimala görə hadisə ailə münaqişəsi zəmnində baş verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm