Nazim İbrahimovun qardaşı “Oleq Bakinski” ilə ortaq biznes xəbərindən DANIŞDI
Bizi izləyin

Qırmızı.az

Nazim İbrahimovun qardaşı “Oleq Bakinski” ilə ortaq biznes xəbərindən DANIŞDI

"Azad Azərbaycan” Teleradio Şirkətinin (ATV) sabiq prezidenti, iş adamı Tağı İbrahimov Rusiya hüquq-mühafizə orqanlarının məlumat bazasında “Oleq Bakinski” ləqəbli kriminal avtoritet kimi yer alan keçmiş idmançı Oleq Krapivinlə ortaq biznesinə malik olmaları barədə mətbuatda yer alan məlumatlara münasibət bildirib.

T.İbrahimov Publika.az-a açıqlamasında deyib ki, onun və qardaşı haqqında yayılan məlumatlar tamamilə yalandır:

“Mən Oleq adında heç bir adamı tanımıram. Həyatım boyu da tanımamışam. Ümumiyyətlə, mənim Ukraynada heç bir biznesim, eləcə də metal biznesim yoxdur. Görünür, kimlərsə məqsədli şəkildə sifariş verib”.

T.İbrahimov hazırda Bakıda olduğunu da söyləyib.

Xatırladaq ki, Rusiya mətbuatında Tağı İbrahimovun Oleq Krapivinlə ortaq biznesə malik olmaları barədə araşdırma material dərc olunub.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm