Qırmızı.az
Cəmil Həsənlinin qızının adam vurması ilə bağlı Rəsmi açıqlama
Milli Şuranın sədri Cəmil Həsənlinin qızı Günel Həsənli sentyabrın 19-da yol qəzası törədib.
Publika.az xəbər verir ki, həmin gün günorta vaxtı Günel Həsənli Yasamal rayonu ərazisində KİA markalı avtomobili idarə edərkən yolu keçən 86 yaşlı qadını vurub. O, vurduğu qadını xəstəxanaya aparıb. Günel Həsənli qadının yerə yıxıldığını iddia edib. Lakin Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisənin yol qəzası zamanı baş verməsi müəyyən edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Publika.az-a bildirib ki, hadisə zamanı sürücü Günel Həsənli 86 yaşlı piyada Ədilə Səlimovanı maşınla vurub. Onun sözlərinə görə, bu qəza hüquq- mühafizə orqanlarından sürücü və piyada tərəfindən gizlədilib.
"Qəza törədən sürücü piyadanı həkimə aparanda orada da yalan danışıb. Həkimə deyiblər ki, qadın yıxılıb və bunlar da müayinəyə gəliblər. Lakin əməliyyatçılar bu yalanı ortaya çıxarıblar. 86 yaşlı Ədilə Səlimova və qəza törədən sürücü hər ikisi etiraf edib ki, belə bir qəza olub və onlar bunu hüquq-mühafizə orqanlarından saxlayıblar, həkimə yalan danışıblar” deyə Ehsan Zahidov bildirib.
Ehsan Zahidov əlavə edib ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Onun sözlərinə görə, araşdırmaların sonunda məsələyə hüquqi qiymət veriləcək.
Hacı Zeynalov
-
Magazin122:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO
-
Səhiyyə22:36
Ürək ritminin pozulmasının YENİ TƏHLÜKƏSİ: Hər beşinci insan...
-
Magazin122:12
Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm” - FOTO
-
Region21:48
Türkiyədəki dağıdıcı zəlzələnin görüntüsü yayıldı: yaralılar var - VİDEO
-
Elm və təhsil21:24
Dövlət məktəblərində servis xidməti yaradılır? - RƏSMİ / VİDEO
-
Gözəllik21:12
Süni intellekt gözəli 20 min dollar MÜKAFAT ALACAQ
-
Magazin121:00
Xoşqədəm ötən gün vəfat edən Hadı Rəcəblidən danışdı: "Gördünüzmü?..."
-
Avropa20:12
Göyərtəsində sərnişinlərin olduğu təyyarəni İLDIRIM VURDU