Qırmızı.az
Mətbuat Şurası müsabiqə elan edir
.jpg?v1752362590)
Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat Müşavirliyi, Mətbuat Şurası və Türkiyə Nazirlər Kabinetinin Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı nümayəndəliyi jurnalistlər arasında müsabiqə elan edir.
Müsabiqə Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin rolunun, türk dünyasına təsiri imkanlarının tədqiqi istiqamətindəki jurnalist fəaliyyətini stimullaşdırmaq məqsədilə keçirilir. Müsabiqənin mövzuzu “Türkdilli ölkələrin media birliyi: tarixi zərurətin doğurduğu reallıq”dır.
Müsabiqədə 3 yer nəzərdə tutulub. Müsabiqəyə 3-30 oktyabrda qəzet,
jurnal və informasiya agentliklərində, həmçinin xəbər saytlarında
gedən yazılar buraxılacaq. Müsabiqə üçün dil və janr məhdudiyyəti
nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır;
Yazıda “Yazı Türkiyənin Azərbaycandakı Səfirliyinin Mətbuat
Müşavirliyinin, Azərbaycan Mətbuat Şurasıın və TİKA-nın Bakı
nümayəndəliyinin “Türkdilli ölkələrin media birliyi: tarixi
zərurətin doğurduğu reallıq” mövzusunda keçirdiyi müsabiqəyə təqdim
olunur” qeydi olmalıdır.
Yazı müəllifinin konkret kütləvi informasiya vasitəsində
çalışması şərtdir. Müsabiqə üçün təqdim ediləcək material müəllifin
çalışdığı KİV-də verilməlidir. Müsabiqəyə təqdim edilmiş yazıların
Azərbaycan Mətbuat Şurasının “qara siyahı”sında yer alan kütləvi
informasiya vasitələrində çıxması yolverilməzdir.

-
Region02:42
Ərdoğan TRT-nin rəhbərini dəyişdirdi
-
Qoroskop00:00
Günün ULDUZ FALI - Göy bizə bir açar verəcək
-
Region12 İyul 23:36
Xameneinin nümayəndəsi faciəvi şəkildə ÖLDÜ
-
Magazin212 İyul 21:36
Dua Lipadan cəsarətli poza - FOTO
-
Magazin212 İyul 21:00
Acunun görün nə qədər borcu var - Ödəməkdə çətinlik çəkir
-
Səhiyyə12 İyul 20:12
Onun mədəsindən 27 alışqan çıxarıldı - UNİKAL ƏMƏLİYYAT
-
Magazin112 İyul 19:36
Tanınmış tiktoker qaydaları yenidən pozdu - VİDEO
-
İdman12 İyul 18:15
Neymar 1,5 milyon dollara bu avtomobili aldı